Rusların 3 helikopteri 3 PUA-sı vurulub

   Rusların    3 helikopteri    və    3 PUA-sı    vurulub
  09 Yanvar 2023    Oxunub:847
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 3 helikopterini və 3 kəşfiyyat tipli pilotsuz uçuş aparatını vurub. Rusiya Federasiyasının itkiləri bununla bitmir, çünki son sutka ərzində Müdafiə Qüvvələri işğalçıların cəmləşdiyi ərazilərə 20-dən çox zərbə endiriblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir ki, raket və artilleriyaçılar düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 7 ərazini, həmçinin yanacaq-sürtkü materiallarının yerləşdiyi anbarı vurublar. Vurulan helikopterlərin markası da məlum olub.


- Əsgərlərimiz düşmənin “Ka-52”, “Mi-24” və “Mi-8” helikopterlərini, həmçinin “Orlan-10” tipli üç kəşfiyyatçı PUA-sını məhv ediblər,- deyə Ukrayna Baş Qərargahının açıqlamasında deyilir.

Bundan əlavə, qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələri ötən gün ərzində işğalçıların cəmləşdiyi rayonlara 17, zenit-raket komplekslərinin mövqelərinə 3 zərbə endirib.

Samir Quliyev
AzVision.az


Teqlər: Müharibə   Ukrayna   Rusiya  





Xəbər lenti