BQXK-nin nümayəndələri Bakıda erməni əsirlərlə görüşüb

   BQXK-nin nümayəndələri Bakıda erməni əsirlərlə görüşüb
  09 Yanvar 2023    Oxunub:727
Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər.
Bu barədə Sputnik Ermənistan-a BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

"Erməni əsirlərə növbəti səfər dekabr ayında baş tutub", - Amatuni bildirib. Məhkumlara əvvəlki kimi bu dəfə də yaxınları ilə əlaqə saxlamaq - məktub göndərmək, telefon və video zənglər vasitəsilə danışmaq imkanı yaradılıb. BQXK nümayəndələri məhbusların sağlamlıq vəziyyətini və onların saxlanma şəraitini də qiymətləndiriblər.

"Ümid edirik ki, artıq formalaşmış təcrübə və tezliyə uyğun olaraq səfərlərin mümkünlüyü davam edəcək", - Amatuni bildirib.

Amatuni BQXK nümayəndələrinin mütəmadi olaraq məhbuslara baş çəkməsinin vacibliyini qeyd edərək, təşkilatın qarşıdakı səfərin tarixini əvvəlcədən açıqlamadığını vurğulayıb.

Laçın dəhlizi ətrafında yaranmış vəziyyətə gəlincə, Amatuni BQXK-nın tərəflərlə birbaşa təmasda olduğunu vurğulayıb. Lazım gələrsə, Qarabağdan Ermənistana ağır xəstələrin operativ şəkildə çatdırılması üçün tədbirlər görülür.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti