İsveç hökuməti mülki çağırış xidmətini bərpa edir

   İsveç hökuməti mülki çağırış xidmətini bərpa edir
  09 Yanvar 2023    Oxunub:688
İsveç hökuməti mülki hərbi xidmətin bərpası barədə qərar qəbul edib.
Bu bəyanatı yanvarın 9-da baş nazir Ulf Kristersson bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Nazirlər Kabineti yanvarın 11-i cümə axşamı günü İctimai Mühafizə Departamentinə dövlət qulluğunun aktivləşdirilməsinə hazırlıqla bağlı göstəriş verəcək.

İsveçin Mülki Müdafiə naziri Karla-Oskar Bulin bildirib ki, ilk addım müvafiq bacarıqlara malik olan insanların mülki xidmət üçün bələdiyyə xilasetmə xidmətlərinə göndərilməsidir.

Onun sözlərinə görə, ilkin hesablamalara görə, bu qrupun sayı təxminən 3000 nəfər olacaq.

“Biz hesab edirik ki, bu gün ictimai xilasetmə xidmətləri yüksək hazırlıq səviyyəsinə, xüsusən də silahlı hücum zamanı tələblərə cavab vermir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti