Təyyarə havada olanda qapısı qırıldı - VİDEO

   Təyyarə havada olanda qapısı qırıldı -    VİDEO
  09 Yanvar 2023    Oxunub:970
Maqadana uçan “İrAero” aviaşirkətinin An-26 təyyarəsinin uçuş zamanı havada qapısı qırılıb. Sərnişinin lentə aldığı videonu Mash Telegram kanalı yayıb.
Qeyd olunub ki, An-26-100 Maqan-Maqadan marşrutu üzrə hərəkət edirmiş. Bir neçə kilometr yüksəklikdə yük bölməsinin lyuku təzyiqsizləşib. Kadrlarda tavana bərkidilmiş pərdənin açıq qapıya necə çəkildiyi görünür.

Təyyarədə ekipaj da daxil olmaqla ümumilikdə 25 nəfər olub, onlardan heç biri xəsarət almayıb. Hadisədən dərhal sonra pilotlar eniş edib.

Hazırda nəqliyyat prokurorluğu tərəfindən araşdırma aparılır. Sərnişinlərin bəzi baqajlarının açılan lyukdan düşdüyü də bildirilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti