Sorğu: Türklərin 90%-i ABŞ-ı düşmən kimi görür

      Sorğu:    Türklərin 90%-i ABŞ-ı düşmən kimi görür
  09 Yanvar 2023    Oxunub:849
Türkiyə sakinlərinin 90%-i ABŞ-ı düşmən, 62%-dən çoxu isə Rusiyanı dost ölkə hesab edir.
AzVision.az xəbər verir ki, “Gezici” Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən türklərin 72,8% əmindir ki, Rusiya Federasiyası ilə yaxşı münasibətlər qurulmalıdır. Sorğu iştirakçılarının 18,3%-i Rusiyanı dost hesab etmir, digər 8,9%-i isə bu suala cavabı olmadığını etiraf edib.

Eyni zamanda rəyi soruşulanların təxminən 90%-i ABŞ-ın Türkiyənin düşməni olduğunu bildirib. “Gezici” Araşdırmalar Mərkəzinin prezidenti Murat Gezici bildirib ki, Türkiyə cəmiyyəti “Qərbdən daha çox uzaqlaşır və Rusiyaya daha çox güvənir”.

Qeyd olunub ki, sorğu 2022-ci ildə keçirilib. Burada Türkiyənin 24 vilayətindən 2464 nəfər iştirak edib.

AzVision.az




Teqlər:



Xəbər lenti