İsveç müdafiəsini gücləndirmək üçün təcili tədbirlər görür

İsveç müdafiəsini gücləndirmək üçün təcili tədbirlər görür
  09 Yanvar 2023    Oxunub:831
İsveç hökuməti ölkənin müdafiəsini gücləndirmək üçün mülki şəxslərin hərbi xidmətə çağırılması barədə qərar qəbul edib.
Bu barədə Bloomberg məlumat yayıb. Krallığın hakimiyyət orqanları hərbi xərcləri ÜDM-in 2%-nə çatdırmağı öhdəsinə götürür. Bundan əlavə, 2030-cu ilə qədər çağırışçıların sayı on min nəfərə çatmalıdır. Hərbi xidmət keçmək istəməyənlər üçün bələdiyyə xilasetmə xidmətləri üzrə təlimlər keçiriləcək.

“Təhlükəsizlik vəziyyətini nəzərə alaraq, bu, ümumi müdafiə qabiliyyətini gücləndirmək üçün təcili tədbirdir” - İsveçin baş naziri Ulf Kristersson bəyan edib.


AzVision.az


Teqlər:



Xəbər lenti