“Kalibr” raketlərinin yaradıcısı vəfat edib

   “Kalibr” raketlərinin yaradıcısı vəfat edib
  09 Yanvar 2023    Oxunub:742
“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” aerokosmik müdafiə konserninin (VKO) elmi direktoru Pavel Kamnev 86 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb. Kamnev 1937-ci ildə Mahaçqalada anadan olub. Rusiya Prezidenti Vladimir Putinin 21 aprel 2016-cı il tarixli fərmanı ilə Pavel Kamnev Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görülüb.

O, 20-dən çox ixtiranın müəllifi, 300-dən çox elmi əsərin həmmüəllifidir.


AzVision.az



Teqlər:





Xəbər lenti