Şinzo Abeninin qatilinin psixoloji problemin olmadığı təsdiqlənib

 Şinzo Abeninin qatilinin psixoloji problemin olmadığı təsdiqlənib
  10 Yanvar 2023    Oxunub:978
Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən 42 yaşlı Tetsuya Yamaqami ağlı başında olduğu elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə TSB telekanalı məlumat yayıb. Qeyd olunur ki, ekspertiza ötən ilin iyul ayından aparılıb.

Tetsuya Yamaqami qapalı tibb müəssisəsindən Nara şəhər polis həbsxanasına köçürülüb. Yanvarın 13-dək onun ittiham olunacağı gözlənilir.

Qeyd edək ki, Tetsuya Yamaqami 2022-ci il iyulun 8-də Nara şəhərində seçki kampaniyası zamanı keçmiş Baş nazir Şinzo Abeni kustar üsulla hazırlanmış silahla kürəyindən vurub və nəticədə Abe həyatını itirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti