McDonalds-ın keçmiş rəhbəri dələduzluqda ittiham olunub

   McDonalds-ın keçmiş rəhbəri dələduzluqda ittiham olunub
  10 Yanvar 2023    Oxunub:697
McDonalds-ın keçmiş baş direktoru Stiv İsterbruk investorları aldatmaqda günahlandırılıb.
The Wall Street Journal-ın yazdığına görə, o, ictimai şirkətdə vəzifə tutmaq üçün beş il qadağa, həmçinin 400 min dollar cərimə ilə razılaşıb.İsterbruk 2019-cu ildə işçilərlə cinsi əlaqədə olması iddialarından sonra işdən çıxarılıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası onu fırıldaqçılıqda ittiham edib.

Söhbət McDonalds-ın keçmiş rəhbərinin istefasının səbəbləri ilə bağlı səhmdarları çaşdırmaqdan gedir.

İsterbrook 2015-ci ildən şirkətə rəhbərlik edir. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası McDonalds-a qarşı cəza tətbiq etməyib. Çünki şirkətin araşdırma zamanı əməkdaşlığını və şəbəkənin işdən çıxma təzminatı kimi keçmiş baş direktora ödədiyi vəsaiti geri qaytarmasını nəzərə alıb. Bu məbləğ 105 milyon dollar olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti