"2030-cu ilə qədər dünyada 59 milyon uşaq və yeniyetmə ölə bilər" - BMT

   "2030-cu ilə qədər dünyada 59 milyon uşaq və yeniyetmə ölə bilər" -    BMT
  10 Yanvar 2023    Oxunub:1277
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2021-ci ildə dünyada hər 4,4 saniyədə bir uşaq və ya yeniyetmənin öldüyünü açıqlayıb. Heç bir tədbir görülməzsə, 2030-cu ilə qədər daha çox uşaq və ya yeniyetmə ölə bilər.
BMT-nin Uşaq Ölümünün Təxminləri üzrə Təşkilatlararası Qrupunun (UN IGME) son hesabatına əsasən, 2021-ci ildə 5 milyon uşaq 5 yaşına çatmadan, 2,1 milyon isə 5-24 yaşında dünyasını dəyişib.

BMT-nin digər hesabatına görə, eyni dövrdə 1,9 milyon körpə ölü doğulubb. Halbuki səhiyyə sisteminə ədalətli çıxış və yüksək keyfiyyətli uşaq sağlamlığı xidmətləri ilə bu ölümlərin qarşısını almaq olardı. 2000-ci ildən bəri dünyada bütün yaşlarda ölüm riskinin daha aşağı olduğu qeydə alınıb. 5 yaşınadək uşaqların ölümləri isə qlobal miqyasda 50 faiz azalıb. Bu dövrdə 5-24 yaş arası uşaq və gənclərin ölüm nisbətində 36 faiz, ölü doğum nisbətində isə yüzdə 35 azalma olub. Ölümlərin azalmasının ən mühüm amillərindən biri qadınların, uşaqların və gənclərin xeyrinə olan əsas sağlamlıq sistemlərinə edilən investisiyalardır.

Lakin 2020-cu illərin sonlarından ölüm nisbətlərinin azalması əhəmiyyətli dərəcədə his olunmağa başlayıb. 54 ölkə 5 yaşadək uşaqların ölümü ilə bağlı qarşıya qoyduğu Dayanıqlı İnkişaf Məqsədlərinə çatmamaq riski ilə üzləşib.

BMT sağlamlıq sistemlərinin kifayət qədər inkişaf etmədiyi təqdirdə 2030-cu ilə qədər təxminən 59 milyon uşaq və yeniyetmənin ölə biləcəyi, 16 milyon körpənin isə ölü doğulacağı ilə bağlı xəbərdarlıq edib.

Saxara Afrikası və Cənubi Asiya uşaq ölümlərinin ən çox olduğu bölgələr kimi önə çıxıb. Belə ki, 2021-ci ildə 5 yaşadək uşaq ölümlərinin 56 faizi Saxara Afrikasında, 26 faizi isə Cənubi Asiyada qeydə alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti