Ermənistan 2023-cü ildə KTMT təlimlərini keçirməyəcək

   Ermənistan 2023-cü ildə KTMT təlimlərini keçirməyəcək
  10 Yanvar 2023    Oxunub:1135
Ermənistan hazırkı vəziyyətdə 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməyə hazırlaşmır.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.

Qeyd edək ki, ötən ilin 10-14 oktyabr tarixlərində Qırğızıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi də ləğv olunmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı. Təlimə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər də dəvət olunmuşdu.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti