"Partnyorlarla ultimatum dili ilə danışmaq olmaz" - Paşinyan

   "Partnyorlarla ultimatum dili ilə danışmaq olmaz" -    Paşinyan
  10 Yanvar 2023    Oxunub:661
"İrəvan tərəfdaşlarla ultimatum dili ilə danışmamalıdır".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında yanvarın 10-dək Laçın dəhlizinin açılmayacağı təqdirdə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB-dən çıxmağa hazır olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatum dili ilə danışmalıyıq.İndiki vəziyyətlə bağlı demək istədiklərimizi artıq açıq şəkildə bəyan etmişik və əslində əlavə edəcək heç nə də yoxdur. Laçın dəhlizinin bağlanması faktına ictimai qiymətlər də verilib”, - Paşinyan qeyd edib.

O bildirib ki, Laçın dəhlizinin normal fəaliyyəti Rusiya sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti