Stoltenberq: "Aİ və NATO Ukraynaya dəstəyini artırmalıdır"

      Stoltenberq:    "Aİ və NATO Ukraynaya dəstəyini artırmalıdır"
  10 Yanvar 2023    Oxunub:861
"Avropa İttifaqı (Aİ) və NATO Ukraynaya dəstəyini artırmalıdır".
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. "NATO və Avropa İttifaqı Kiyevi dəstəkləməkdə həmrəydir. Biz Ukraynaya yardımımızı daha da gücləndirməliyik", - Stoltenberq deyib.

Qeyd edək ki, Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında Ukraynadakı vəziyyət fonunda müdafiə sahəsində əməkdaşlığı intensivləşdirmək və gücləndirmək məqsədilə birgə əməkdaşlığa dair bəyannamə imzalanıb. Sənədi NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen imzalayıb.

Birgə bəyanatda bildirilib ki, hər iki tərəf tərəfdaşlığı daha ​​yüksək səviyyəyə çıxarmağa və ümumi məqsədlərə nail olmaq üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi bütün mövcud ümumi alətləri səfərbər etməyə sadiqdirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti