Moskvada Rusiya, Türkiyə və Suriya XİN-lərinin görüşü hazırlanır

   Moskvada Rusiya, Türkiyə və Suriya XİN-lərinin görüşü hazırlanır
  10 Yanvar 2023    Oxunub:743
Rusiyanın paytaxtı Moskvada Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. "İndi hamı üçün əlverişli tarixləri razılaşdırmaq üçün müzakirələr aparılır. Biz yaxın günlərdə təklif etdik və indi suriyalı və türkiyəli həmkarlarımızdan təsdiq gözləyirik", - mənbə bildirib.

Qeyd olunub ki, nazirlərin danışıqlar aparması üçün hələlik konkret tarix yoxdur, lakin bu, yaxın vaxtlarda müəyyən edilə bilər. Mənbə əlavə edib ki, Rusiya tərəfi artıq suriyalı və türkiyəli həmkarlarını Moskvaya dəvət edib.


AzVision.az


Teqlər:





Xəbər lenti