"Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın" - Paşinyan

   "Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın" -    Paşinyan
  10 Yanvar 2023    Oxunub:946
Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birlərinin ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunmasına da toxunub.

Paşinyan qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir:

“Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti