Dünyanın ən şanslı əsgəri: Bədənindən partlamamış qumbara çıxarıldı

      Dünyanın ən şanslı əsgəri:    Bədənindən partlamamış qumbara çıxarıldı
  10 Yanvar 2023    Oxunub:853
Ukraynada bir əsgərin ürəyinə yaxın hissədə partlamamış VOG əl qumbarası tapılıb.
Bombanın əsgərin bədənində hər an partlaya biləcəyini nəzərə alaraq Ukrayna Silahlı Qüvvələrinin cərrahı Andriy Verba təcili əməliyyat həyata keçirib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.

Əl qumbarası avtomat tüfənginin ağzının altına quraşdırılmış qumbaraatandan əsgərin bədəninə girib. Hadisənin silahdakı nasazlıq nəticəsində yaranan geri çəkilmə səbəbindən baş verdiyi güman edilir.

Sosial şəbəkələrdə bir çox istifadəçi adı açıqlanmayan əsgəri “dünyanın ən şanslı əsgəri” adlandırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti