Paşinyan "Daşnaksütyun"çulara divan tutur: Evlərdə axtarışlar gedir

      Paşinyan "Daşnaksütyun"çulara divan tutur:    Evlərdə axtarışlar gedir
  11 Yanvar 2023    Oxunub:1185
Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları"Daşnaksütyun" partiyasının nümayəndələrinin evlərində axtarış aparırlar. Bu barədə Sputnik Ermənistan-a Hayastan fraksiyasının deputatı Kristine Vardanyan bildirib.
"Səhər saatlarından Qarabağ bölgəsində və İrəvanda bir sıra partiya üzvlərinin evlərində axtarışlar aparılıb. Hazırda saxlanılanlar barədə məlumat yoxdur. Lakin, bizim qiymətləndirməmizə görə, bunlar siyasi məqsəd daşıyan növbəti qanunsuz hərəkətlərdir”, - deyə o bildirib.

Vardanyan əlavə edib ki, fraksiyanın bəzi deputatları Qarabağa gedirlər. Öz növbəsində partiyanın fəalı Gerasim Vardanyanın vəkili - Benik Qalstyan qeyd edib ki, onun müdafiə etdiyi şəxsin evində də axtarış aparılır.

"Onu da dindirməyə çağırıblar. Onun hansı halda çağırıldığı bizə aydın deyil", - Qalstyan deyib.

Qeyd edək ki, Gerasim Vardanyan zaminə buraxılıb. O, 2020-ci il noyabrın 10-na keçən gecə bir qrup erməninin ölkənin hökumət və parlamentinin binasına soxularaq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz etdiyi hadisələr zamanı kütləvi iğtişaşların təşkilində ittiham olunur.

Fəal jurnalistin işinə mane olmaqda da ittiham olunur. Daha sonra onu saxlasalar da, tezliklə azadlığa buraxılıblar. Vardanyan isə 2022-ci ilin mayında İrəvanda etirazlar başlayandan dərhal sonra həbs edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti