Moskvada təhlükəli vəziyyət: Bütün ticarət mərkəzləri minalanıb

      Moskvada təhlükəli vəziyyət:    Bütün ticarət mərkəzləri minalanıb
  11 Yanvar 2023    Oxunub:866
Moskvada naməlum şəxs bütün ticarət mərkəzlərini minalaması ilə bağlı ölkənin fövqəladə hallar xidmətinə məlumat verib.
"Şəhərin bütün ticarət mərkəzlərində bomba təhlükəsi olması ilə bağlı anonim mesaj daxil olub", - deyə RİA Novosti-yə paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

O əlavə edib ki, əvvəllər təhlükə Ukrayna ərazisindən gəlirdi. Əməliyyat xidmətlərinin əməkdaşları artıq ticarət mərkəzlərində təsadüfi yoxlamalara başlayıblar.

“Təxliyə həyata keçirilmir”, - mənbə bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti