Tacikistan Əfqanıstana elektrik enerjisi verəcək

Tacikistan Əfqanıstana elektrik enerjisi verəcək
  11 Yanvar 2023    Oxunub:756
Tacikistan və Əfqanıstanın milli elektrik şirkətləri “Barki Tojik” və “Da Afghanistan Breshna Sherkat” (DABS) 2023-cü il üçün müqavilə imzalayaraq Tacikistan elektrik enerjisinin tədarükü üzrə müqaviləni uzadıblar.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın milli elektrik şirkət öz tviter səhifəsində məlumat yayıb. İki ölkənin elektrik şirkətləri hər il belə müqavilələr imzalayırlar.

Əvvəlki müqaviləyə əsasən, 2022-ci ildə Tacikistan Əfqanıstana 1,5 milyard kilovatsaat, Özbəkistan isə 2 milyard kilovatsaat elektrik enerjisi verməli idi. Qeyd edək ki, Əfqanıstan Tacikistana hər kilovat üçün 3 sent ödəyir.


AzVision.az



Teqlər:





Xəbər lenti