"Azərbaycanın da razılığı olmalıdır" - Peskovdan BMT sülhməramlıları ilə bağlı açıqlama

   "Azərbaycanın da razılığı olmalıdır" -    Peskovdan BMT sülhməramlıları ilə bağlı açıqlama
  11 Yanvar 2023    Oxunub:911
"BMT Təhlükəsizlik Şurasının sülhməramlı missiyasının Qarabağda yerləşdirilməsi yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür". Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu bir neçə dəfə gündəmə gəlib. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", o bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Paşinyan 2025-ci ildə Rusiya kontingentinin mandatı başa çatdıqdan sonra İrəvanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini etiraf edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti