Nümayəndələr Palatası Çin üzrə xüsusi komitə yaradıb

 Nümayəndələr Palatası Çin üzrə xüsusi komitə yaradıb
  11 Yanvar 2023    Oxunub:860
ABŞ Konqresinin Nümayəndələr Palatası Çin üzrə özünün xüsusi komitəsinin yaradılması təklifini təsdiqləyib.
AzVision.az xəbər verir ki, rəsmi olaraq “ABŞ və Çin Kommunist Partiyası arasında strateji rəqabət haqqında” adlandırılan sənəd Konqresin aşağı palatasının iclasında (65 əleyhinə olmaqla 365 səs - Red) qəbul edilib.

Xüsusi komitənin formalaşdırılması təşəbbüsü noyabrda keçirilən aralıq seçkilərindən sonra 118-ci Nümayəndələr Palatasında səs çoxluğu əldə edən ABŞ-ın Respublikaçılar Partiyasından olan qanunvericilər tərəfindən irəli sürülüb.

Ümumilikdə, açıq dinləmələr keçirmək səlahiyyətinə malik olan komitənin yeddi respublikaçı və beş demokrat üzvü olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti