"“Avatar: Su yolu” insanların arxaları üstündə oturmaqdan bezdiklərini göstərdi" - Kemeron

   "“Avatar: Su yolu” insanların arxaları üstündə oturmaqdan bezdiklərini göstərdi" -    Kemeron
  11 Yanvar 2023    Oxunub:1113
Çox məmnunam ki, “Avatar: Su yolu” filmi tamaşaçıların kinoteatrlara marağını yenidən canlandırdı.
AzVision.az xəbər verir ki, bu barədə filmin rejissoru Ceyms Kemeron deyib.

“Mən filmin kassa gəlirləri baxımından düşünmürəm. Buna bütün dünyada teatrlara qayıtmağımız nəzərindən baxıram. Hətta COVID-19-a yoluxmanın böyük artımı olduğu Çində belə filmə maraq yüksəkdir.

O, filmin populyarlığını insanların "arxaları üstündə oturmaqdan bezdiklərini" düşündürməsi ilə izah edir. Direktorun sözlərinə görə, bu tendensiya onu deməyə əsas verir ki, striminq xidmətlərinin populyarlaşması fonunda insanlar yenidən kinoteatrlara maraq göstərib.

Qeyd edək ki, Kemeron ikinci hissənin uğurlu alınmasından sonra "Avatar"ın davamını çəkəcəyini bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti