Baş Qərargah rəisi Ukraynadakı hərbi əməliyyatlara rəhbər təyin edildi

   Baş Qərargah rəisi Ukraynadakı hərbi əməliyyatlara rəhbər təyin edildi
  11 Yanvar 2023    Oxunub:796
Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına rəhbərlik Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimova tapşırılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalayıb.

Valeri Gerasimovun Birləşmiş Qruplaşmadakı müavinləri Hava Kosmik Qüvvələrin Ali Baş Komandanı, general-polkovnik Sergey Surovikin, Quru Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim təyin olunub.

Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsinin qoşun qruplaşmalarının bütün növ dəstəyinin keyfiyyətinin yüksəldilməsi, komandanlıq və nəzarətinin effektivliyi ilə bağlı olduğunu izah edib.

AzVision.az


Teqlər:



Xəbər lenti