İran keçmiş müdafiə nazirinin müavinini edam edəcək

   İran keçmiş müdafiə nazirinin müavinini edam edəcək
  11 Yanvar 2023    Oxunub:838
İran hakimiyyəti 2019-cu ildə həbs edilən və Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunan keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam etməyə hazırlaşır.

Bu barədə AzVision.az "BBC News"a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Böyük Britaniya-İran vətəndaşlığı olan Əkbəri həyat yoldaşından “son görüş” üçün Tehrandakı həbsxanaya gəlməsini istəyib. Bundan əlavə, o, təkadamlıq kameraya köçürülüb ki, bu da ölüm hökmünün qaçılmaz olduğuna işarə hesab olunur.

İranın keçmiş müdafiə nazirinin müavini 2019-cu ildə həbs edilib və İngiltərənin xeyrinə casusluqda ittiham edilib. Lakin o, bunu təkzib edib. Daha sonra Tehran İnqilab Məhkəməsi ona ölüm hökmü çıxarıb.

AzVision.az


Teqlər:



Xəbər lenti