Rusiya XİN: “Paşinyanın bəyanatları absurddur”

   Rusiya XİN:   “Paşinyanın bəyanatları absurddur”
  12 Yanvar 2023    Oxunub:822
“Rusiyanın Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığı barədə bəyanatlar absurddur”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəyanata münasibət bildirərkən deyib.

Qeyd edək ki, Paşinyan mətbuat konfransında “Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır” bildirmişdi.

Onun sözlərinə görə, Rusya hərbçiləri illərdir Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verməklə, ölkənin sərhədlərini qoruyur: “Bu reallığı inkar etmək mümkün deyil”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti