Britaniyada 770 mindən çox ailə evsiz qala bilər

 Britaniyada 770 mindən çox ailə evsiz qala bilər
  12 Yanvar 2023    Oxunub:728
Bir milyon Britaniya ailəsinin dörddə üçündən çoxu növbəti iki il ərzində ipoteka ödənişlərini ödəməmək riski ilə üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatının məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, 2022-ci ilin ortalarına qədər Britaniyada təxminən 200 000 evin krediti gecikir.

Əlavə 570 000 evin ipoteka xərcləri mənzil sahiblərinin gəlirlərinin 30%-ni keçdiyi üçün növbəti iki il ərzində ödənişlə bağlı “defolt riski” yaranacaq. Əgər 770 000 evin ödənişində “defolt” yaranacaqsa, Böyük Britaniyada ipoteka kreditlərinin təxminən 9%-nin vaxtı keçmiş hesab olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti