Almaniyanın hakim partiyası Rusiya ilə danışıqlara çağırıb

   Almaniyanın hakim partiyası Rusiya ilə danışıqlara çağırıb
  12 Yanvar 2023    Oxunub:901
Almaniyanın hakim Sosial Demokrat Partiyası Rusiya ilə diplomatik əlaqələrin davam etdirilməsini müdafiə edərək, münaqişələrin danışıqlar masası arxasında bitdiyini qeyd edib.
AzVision.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb. Partiyanın hər il qəbul edilən “Sosial Demokratların Beynəlxalq Siyasəti” adlanan proqramında kiçik, eyni zamanda qismən sahələrdə rəsmi Moskva ilə danışıqlarda uğur qazanmağın mümkün olduğu iddia edilib - Məsələn, əsirlərin dəyişdirilməsi və ya Qara dəniz vasitəsilə taxıl ixracı məsələsində.

Həmçinin, partiya yenə də dünya təhlükəsizlik konsepsiyasını formalaşdırarkən Rusiyanın nəzərə alınmasının tərəfdarı olub, çünki o, hələ də Avropa qitəsində böyük ərazisi, əhalisi və hərbi gücü olan bir ölkə olaraq qalır.

Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik sənədin dərcinə cavab olaraq partiyanı tənqid edərək bildirib ki, Almaniya münaqişələrin daha tez-tez döyüş şəraitində həll olunduğunu “daha yaxşı bilir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti