Ərdoğan Putin və Zelenski ilə humanitar dəhlizi müzakirə edəcək

   Ərdoğan Putin və Zelenski ilə humanitar dəhlizi müzakirə edəcək
  12 Yanvar 2023    Oxunub:1002
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə cümə və şənbə günləri humanitar dəhlizlə bağlı telefon danışığı aparmaq niyyətindədir.
Bu barədə TASS Türkiyə Ombudsmanına istinadən xəbər verir. Bundan əvvəl Türkiyə ombudsmanı Şeref Malkoç Rusiya, Türkiyə və Ukrayna ombudsmanlarının Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəldiyini bildirmişdi. O, Ankaranın Ukraynadakı hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım göstərmək istəyindən də danışıb.

Bundan əvvəl Türkiyə ombudsmanı Şeref Malkoç Rusiya, Türkiyə və Ukrayna ombudsmanlarının Moskva ilə Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəldiyini bildirmişdi. O, Ankaranın Ukraynadakı hərbi əməliyyatlardan zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım göstərmək istəyindən də danışıb.

Yanvarın 11-də Rusiyada İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Ukraynanın Ombudsmanı Dmitri Lubinets ilə görüşüb.

O, qeyd edib ki, görüş zamanı humanitar dəhlizin yaradılması müzakirə olunmayıb. Onun sözlərinə görə, gündəliyə Cenevrə Konvensiyasına əsasən yaralıların qaytarılması və mülki şəxslərin təxliyəsi daxil olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti