Yael Bron-Pive Ermənistana getdi

   Yael Bron-Pive Ermənistana getdi
  12 Yanvar 2023    Oxunub:845
Fransa Milli Məclisinin sədri Yael Bron-Pive Ermənistana rəsmi səfər edib.
Ermənistan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Fransa nümayəndə heyətinə parlamentin vitse-spikeri Valeri Rabo, Xarici Əlaqələr Komissiyasının sədri Jan-Lui Burlanj, deputat Anne Jenet və İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, Fransa-Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Patel daxildir.

“Zvartnots” beynəlxalq hava limanında fransalı parlamentariləri Ermənistan Milli Məclisinin sədri Alen Simonyan qarşılayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti