Qubernatorun oğlu təyyarədə stüardessanı yerə yıxdı

   Qubernatorun oğlu təyyarədə stüardessanı yerə yıxdı
  12 Yanvar 2023    Oxunub:766
Banqkokdan Moskvaya uçan Rusiya təyyarəsi özünü Krasnoyarsk diyarının qubernatorunun oğlu kimi təqdim edən şəxsin əlbəyaxa davasına görə Səmərqəndə təcili eniş etməli olub.
Bu barədə Mash Telegram kanalı məlumat yayıb. Bildirilir ki, qubernator Aleksandr Ussun oğlu olduğunu deyən şəxs stüardessalardan xüsusi qulluq tələb edib. Lakin onun hiyləsi üzə çıxanda rədd cavabı alıb.

Bundan sonra həmin şəxs yemək arabasını və stüardessanı itələyərək yıxıb. Bu, digər sərnişinlərlə yalançı oğul arasında əlbəyaxa davaya səbəb olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti