"Microsoft"da yenilik: İşçilərə sonsuz məzuniyyət hüququ veriləcək

      "Microsoft"da yenilik:    İşçilərə sonsuz məzuniyyət hüququ veriləcək
  12 Yanvar 2023    Oxunub:936
“Microsoft” şirkəti yeni “İstədiyin kimi istirahət” siyasətinin bir hissəsi olaraq yanvarın 16-dan etibarən ABŞ-da bütün işçilərinə sonsuz sayda məzuniyyət hüququ vermək qərarına gəlib.
Bu barədə CBS xəbər verir. Bildirilir ki, işçilərə il ərzində müəyyən edilmiş sayda günlərlə məhdudlaşmamağa icazə veriləcək.

Şirkət öz qərarını onunla izah edib ki, indi iş daha çevik olub və rəhbərlik bu tendensiyaları izləməyə çalışır, işçilərə istirahət vaxtlarının uzunluğunu müəyyən etmək imkanı verir.

The Verge portalının məlumatına görə, yeni qaydalar çərşənbə günü, yanvarın 11-də İnsan Resursları üzrə baş mütəxəssis Ketlin Hoqanın elektron məktubundan sonra məlum olub.

Yeni qayda ABŞ-da Microsoft-da çalışan 122.000 işçiyə, o cümlədən köhnə qaydalara əsasən məzuniyyət almaq üçün müəyyən vaxt işləməli olan şirkətə yeni gələnlərə təsir edəcək.

Eyni zamanda, yeni şərtlər saatlıq işçilərə və ABŞ-dan kənarda işləyənlərə (təxminən 99 min nəfər) təsir etməyəcək.

Bundan əlavə, Microsoft işçilərə korporativ tədbirlər və ya xəstəlik və qohumlarının ölümü hallarında 10 zəmanətli məzuniyyət günü təklif edib.

Limitsiz məzuniyyət təcrübəsi artıq digər İT şirkətlərində, xüsusilə Netflix, Hubspot, Oracle və Salesforce-da istifadə olunur. Bununla belə, bu təcrübədən imtina edildiyi hallar var, məsələn, 2015-ci ildə Kickstarter bu müddəti 25 günə endirdi. Çünki bir çox işçi, əksinə, istirahət üçün daha az gün ayırmağa başlayıb.

Eyni zamanda, bəzi şirkətlər, əksinə, işçilərin istirahəti ilə bağlı siyasətlərini sərtləşdirir və uzaqdan işləmək imkanlarını məhdudlaşdırır. Belə ki, milyarder İlon Mask "Twitter" sosial şəbəkəsini əldə etdikdən sonra şirkətdəki işin “son dərəcə sərt olacağını” elan etdi və işçilərə uzaqdan işləməyə qadağa qoydu.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti