Türkiyədən qətiyyətli addım: İsveç parlamentinin sədrinin səfəri ləğv olundu

      Türkiyədən qətiyyətli addım:    İsveç parlamentinin sədrinin səfəri ləğv olundu
  12 Yanvar 2023    Oxunub:1114
Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin cümə axşamı günü səfərini ləğv edib. Bu barədə TRT telekanalı məlumat yayıb.
Bu qərar Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib. Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.

"İsveçin demokratiya üçün açıq təhlükə olan bu dəhşətli terror aktına icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmağa can atan bir dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir", - Şentop "Twitter"də yazıb.

Stokholmda ən azı bir neçə yüz nəfərin iştirak etdiyi PKK-ya dəstək aksiyası keçirilib.

Yürüş iştirakçıları PKK-nın simvollarını, lideri Abdullah Öcalanın portretlərini nümayiş etdiriblər.

Bundan əlavə, Ankaranın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsviri olan kuklaya qarşı təhqiramiz hərəkətlər edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti