Rusiya amerikalı Teylor Dadlini azad etdi

   Rusiya amerikalı Teylor Dadlini azad etdi
  12 Yanvar 2023    Oxunub:744
Bir ilə yaxındır Rusiyada həbsdə olan ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Teylor Dadli aylarla davam edən danışıqlardan sonra bu gün, yanvarın 12-də azadlığa buraxılıb.
Miçiqan ştatının Lansing şəhərindən olan 35 yaşlı Dadli 2022-ci ilin aprelində Kalininqradda Polşa sərhədini keçdikdən sonra rus sərhədçiləri tərəfindən saxlanılıb. CNN-in məlumatına görə, o, Polşada musiqi festivalında iştirak edirmiş və sərhədi hansı məqsədlə keçdiyi məlum deyil.

Onun sərbəst buraxılması ilə bağlı danışıqlar mediada o qədər də geniş yayılmamışdı, çünki ailəsi danışıqların özəl formatda aparılmasını istəyirdi.

Azadlığa dair danışıqlara Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson rəhbərlik edib.

“Bu gün səhər saatlarında Rusiya ABŞ vətəndaşı, 35 yaşlı Hərbi Dəniz Qüvvələri veteranı Teylor Dadli Polşa sərhədindən qubernator Bill Riçardsona, onun komandasına və ABŞ-ın Varşavadakı səfirliyinin nümayəndəsinə təhvil verib”, - CNN bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti