Çinin xarici ticarət həcmi ötən il 6,3 trilyon dollar olub

   Çinin xarici ticarət həcmi ötən il 6,3 trilyon dollar olub
  13 Yanvar 2023    Oxunub:770
Çində son bir ildə xarici ticarət dövriyyəsi 4,4% artaraq 6,3 trilyon dollar təşkil edərək rekord həddə çatıb.
Bu barədə AzVision.az Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb. Çin departamentinin saytında bildirilib ki, 12 ayda ölkənin ixracatı 7% artaraq təxminən 3,59 trilyon dollara, idxal isə 1,1% artaraq 2,71 trilyon dollara çatıb. Bundan başqa ötən il Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 29,3 faiz artaraq 190,27 milyard dollara çatıb ki, bu da iki ölkə üçün bütün zamanların rekordu hesab edilir.

Qeyd edək ki, Rusiyadan Çinə tədarükün ümumi həcminin 70 faizdən çoxunu enerji resursları təşkil edir. Çin isə Rusiyaya əsasən istehlak elektronikası, ekskavatorlar, avtomobillər, mikroprosessorlar, geyim, ayaqqabı və istehlak malları ixrac edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti