Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığını itirəcəklər

   Nazarbayevin ailə üzvləri mülkiyyət toxunulmazlığını itirəcəklər
  13 Yanvar 2023    Oxunub:847
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri, ölkə parlamentinin “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşı haqqında” qanunu ləğv etdikdən sonra əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcəklər.
AzVision.az xəbər verir ki, bunu Qazaxıstanın ədliyyə naziri Azamat Yeskaraev bildirib. Onun sözlərinə görə, ləğv edilən qanun Qazaxıstanın birinci prezidentinin ailə üzvlərinin əmlakına, hesablarına toxunulmazlıq təminatlarını nəzərdə tuturdu: "Qanun qəbul olunarsa, bu təminatlar ləğv ediləcək".

Nazir qeyd edib ki, hazırda qüvvədə olan “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna uyğun olaraq, kemiş prezidentin sosial təminat, müdafiəsi, nəqliyyat xidmətləri və xidməti mənzillə təminat normaları mövcuddur.

Xatırladaq ki, ölkə parlamenti yanvarın 13-də hər iki palatanın birgə iclasında “Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında” qanunu qüvvədən düşmüş hesab edib. Bundan sonra qanun layihəsi imzalanması üçün Qazaxıstan Prezidentinə göndəriləcək. Qanun sabiq prezidentin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ verirdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti