Belarusda artilleriya bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib

Belarusda artilleriya bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib
  13 Yanvar 2023    Oxunub:827
Belarus ordusunun 11-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının artilleriya bölmələri döyüş hazırlığına gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, bölmələr Rusiya və Belarus qoşunlarının regional qruplaşmasının birgə fəaliyyəti çərçivəsində tapşırıqları yerinə yetirmək üçün hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, yanvarın 8-də müdafiə nazirliyi Rusiya və Belarus aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimlərini elan etmişdi. Təlimlər yanvarın 16-dan fevralın 1-dək keçiriləcək. Taktiki uçuş təlimlərinə silahlı qüvvələrin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodromları və poliqonları cəlb olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti