Polkovnik Makqreqor: "Artemovsk Stalinqradın analoqu oldu"

      Polkovnik Makqreqor:    "Artemovsk Stalinqradın analoqu oldu"
  13 Yanvar 2023    Oxunub:1220
Rusiya Artemovsk əməliyyatından sonra mövqelərini möhkəmləndirə bilib. Bu isə Ukrayna ordusunu ruhdan salıb.
AzVision.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor deyib.

Makqreqor vurğulayıb ki, Artemovsk Zelenski və onun ətrafı üçün böyük əhəmiyyət kəsb etdiyinə görə bu əraziyə böyük diqqət yetirilir. Onun sözlərinə görə, Zelenskinin bu qəsəbəyə bağlılığı Hitlerin Stalinqrad aludəçiliyi ilə müqayisə oluna bilər. Keçmiş polkovnik qeyd edir ki, Ukrayna hakimiyyəti Artemovski itirməyə tab gətirməyəcək.

"Bu, ukraynalıların iradəsini qıracaq, ordunu isə ruhdan salacaq", - o fikrini belə izah edib.

Polkovnik deyib ki, indi hər şey Rusiyadan asılıdır. Çünki təşəbbüs onların əlinə keçib. Makqreqorun sözlərinə görə, indiki "hava" Rusiya Silahlı Qüvvələrinin tərəfindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti