Rusiyada yeni ilin ilk həftəsində 291 nəfər qəzada öldü
![Rusiyada yeni ilin ilk həftəsində 291 nəfər qəzada öldü
Rusiyada yeni ilin ilk həftəsində 291 nəfər qəzada öldü](https://azvision.az/photos/2022/06/qeza--1599400059-1654843592.jpg)
Dövlət Yol Müfəttişliyi aydınlaşdırıb ki, hazırda piyadaların vurulması ilə bağlı 427 qəza qeydə alınıb: 55 nəfər ölüb, onlardan 3-ü uşaqdır. 413 nəfər, o cümlədən 50 uşaq və yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Belə qəzaların 145-i piyada keçidlərində, 282-si isə keçid zolağından kənarda baş verib.
Avtomobili idarə etmək hüququ olmayan sürücülərin iştirakı ilə 93 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 24 nəfər ölüb, 123 nəfər xəsarət alıb. İdarədən vurğulanıb ki, ötən bayramlarda sərxoş vəziyyətdə avtomobil idarə etmək problemi son dərəcə aktuallaşıb. Belə ki, Yeni il istirahət günlərində 120-yə yaxın belə qəza baş verib, nəticədə 12 nəfər ölüb, 173 nəfər yaralanıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: