Fransa parlamentinin spikeri erməni jurnalistləri məyus etdi

 Fransa parlamentinin spikeri erməni jurnalistləri məyus etdi
  13 Yanvar 2023    Oxunub:1215
Fransalı deputatlar Ermənistana səfər ediblər. AzVision.az xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran Fransa Milli Assambleyasının sədri Yael Braun-Piv diqqət çəkən açıqlama verib.
O, jurnalistin "Fransa ilk addımı atıb Qarabağın müstəqilliyini tanıyacaqmı?" sualını belə cavablandırıb: “Qarabağın müstəqilliyinin tanınmasına gəlincə, siz Fransanın mövqeyini bilirsiniz. Bu gün Fransa belə bir müstəqilliyi tanımır. Bu, tabe olduğumuz beynəlxalq hüquqa uyğundur”.

Xatırladaq ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistandadır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Fransa  





Xəbər lenti