Erməni deputat: "İrəvan anti-Rusiya siyasəti seçib"
![Erməni deputat: "İrəvan anti-Rusiya siyasəti seçib" Erməni deputat: "İrəvan anti-Rusiya siyasəti seçib"](https://azvision.az/photos/2023/01/f5d8ed5fc88781f424e3f7dd093dfb7a-1673611901.jpg)
Tevanyan qeyd edib ki, Qarabağ ermənilərinin və Ermənistanın düşdüyü indiki ağır vəziyyət daha çox İrəvan rəhbərliyinin məğlubiyyətçi və yanlış siyasətinin nəticəsidir. Onun sözlərinə görə, həm rəsmi Bakı, həm də İrəvan Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarını tənqid edir.
Tevanyan Ermənistanın öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri keçirməkdən imtina etməsini də tənqid edib. O bunu Rusiya ilə münasibətləri pisləşdirməyə yönəlmiş siyasətin ən bariz təzahürlərindən biri kimi təqdim edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: