Avstriyanın maliyyə naziri skuterlə qəza etdi
![Avstriyanın maliyyə naziri skuterlə qəza etdi
Avstriyanın maliyyə naziri skuterlə qəza etdi](https://azvision.az/photos/2023/01/1673619651.jpg)
Açıqlamada, Brunnerin dünən axşam saatlarında elektrikli skuteri ilə ofisinə gedərkən yıxıldığı bildirilib.
Brunnerin səhhətinin stabil olduğu, lakin proqramlarının ləğv edildiyi qeyd edilib.
Qeyd edək ki, ölkə mətbuatında çıxan xəbərlərdə Brunnerin uzun müddətdir elektrik skuterindən istifadə etdiyi və idmanla maraqlandığı, təxminən 1 il əvvəl qəza keçirdiyi, bir müddət qoltuqla yerimək məcburiyyətində qaldığı bildirilmişdi.
AzVision.az
Teqlər: