ABŞ-da tornadolar xeyli can aldı
![ABŞ-da tornadolar xeyli can aldı ABŞ-da tornadolar xeyli can aldı](https://azvision.az/photos/2023/01/3VZ7h-6333216160-1673673109.jpg)
Milli Meteorologiya Xidmətinin meteoroloqu Cessika Lousun sözlərinə görə, mərkəzi Alabamada ən azı beş tornado qeydə alınıb. Xilasetmə qrupları itkin düşənlərlə bağlı Alabama ştatının 7 nəfərin öldüyü Otauqa dairəsində axtarış aparıb.
Corciyanın qubernatoru Brayan Kemp cümə axşamı fırtınada iki nəfərin öldüyünü təsdiqləyib. Batts Leysi Prü dairəsinin koronerinin sözlərinə görə, 5 yaşlı uşaq avtomobilin üzərinə ağacın düşməsi nəticəsində ölüb, yanındakı digər şəxsin isə vəziyyəti ağırdır.
Alabama qubernatoru Key Ayvi cümə axşamı regionun altı dairəsində fövqəladə vəziyyət elan edib.
AzVision.az
Teqlər: Tornado