İran müdafiə nazirinin keçmiş müavinini edam etdi

   İran müdafiə nazirinin keçmiş müavinini edam etdi
  14 Yanvar 2023    Oxunub:807
İran müdafiə nazirinin sabiq müavini general Ali Rza Əkbəri edam olunub.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” portalı yayıb.

Əkbəri Böyük Britaniyaya casusluq etməkdə ittiham olunub. Belə ki, İran mediasında yayılan məlumata görə, xüsusi əməliyyat nəticəsində saxlanılan Əkbəri Böyük Britaniyanın “Mİ-6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə İranın məxfi və strateji mərkəzləri barəsində məlumatlar ötürüb.

Britaniya və İran vətəndaşlığına sahib olan Əkbəri 1995-2005-ci illərdə İran müdafiə nazirinin müavini vəzifəsində olub.

AzVision.az



Teqlər:





Xəbər lenti