Avropada daş kömürdən istifadə artıb

Avropada daş kömürdən istifadə artıb
  14 Yanvar 2023    Oxunub:1073
Avropanda enerji böhranı səbəbindən qitə dövlətləri ekoloji cəhətdən təmiz olmayan daş kömür istifadəsini artırıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir. Qeyd olunub ki, Ukrayna müharibəsi, Avropa dövlətlərinin Rusiya qazından imtina etməsi daş kömür istehsalını artırıb.

Hesabatda deyilir ki, 2021-ci illə müqayisədə Avropada daş kömürdən istifadə 6,5 faiz artıb. Avropa İttifaqına daxil olan dövlətlərdə 2021-ci ildə 332 milyon ton daş kömür istehsal edilmşdirsə, 2022-ci ildə bu rəqəm 478 milyon tona qədər yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti