Avropaya gedən rus turistlərin sayı 80 faiz azalıb

   Avropaya gedən rus turistlərin sayı 80 faiz azalıb
  14 Yanvar 2023    Oxunub:1075
2022-ci ildə Avropa ölkələrinə gedən turistlərin sayı 80-90 faiz civarında azalıb. Azalmanın əsas səbəblərindən biri kimi logistik çətinliklər və 3-4 dəfə artan nəqliyyat xərcləri göstərilib.
AzVision.az xəbər verir ki, bu barədə SchengenVisaInfo.com məlumat yayıb.

Rusiya turoperatorları Avropaya turist axınının azalmasını ilk növbədə birbaşa uçuşların olmaması ilə əlaqələndirirlər. Belə ki, müəyyən dayanmayacaq uçmaq nəticəsində aviabiletlərin qiyməti orta hesabla 300-400 avrodan 1000 avroya və daha yuxarı qalxıb. Eyni zaman da çuş müddəti də artıb - üç saatdan 8-24 saata qədər.

Qeyd olunur ki, Polşa, Finlandiya, Baltikyanı ölkələr və Çexiya dövlətləri məhdudlaşdırıcı tədbirləri tətbiq etdik sonra praktiki olaraq rusiyalı turistləri qəbul etmirlər.

Rusiyalı turistlərin üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda olan Yunanıstana bir il əvvələ nisbətən gələnlərin sayı 80% azalaraq 31,300-a çatıb.

Həmçinin Rusiya vətəndaşları tərəfindən Yunanıstan, İtaliya və İspaniyanın viza mərkəzlərinə müraciətlərin də sayı 80% azalıb. Digər ölkələrdə bu rəqəm daha çox ola bilər.

İspaniya, Yunanıstan və İtaliyaya gələn rus turistlərin sayı Avropanın qalan hissəsinə nisbətən daha çoxdur. Bu, onların ruslara viza verməkdə davam etmələri ilə bağlıdır. Rusiyalı turistlərin girişinə icazə verilməyən digər ölkələrdə isə onların sayı sıfıra enib. Ümumilikdə Rusiyadan Avropaya turist axınının azalması 90-95% qiymətləndirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti