Ukraynaya irimiqyaslı raket hücumu olub, yarallılar var

Ukraynaya irimiqyaslı raket hücumu olub, yarallılar var
  14 Yanvar 2023    Oxunub:1091
Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Raket  





Xəbər lenti