Baydenin evindən yeni məxfi sənədlər tapılıb

 Baydenin evindən yeni məxfi sənədlər tapılıb
  14 Yanvar 2023    Oxunub:839
ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

“Məxfi məlumatlara çıxışım olduğu üçün prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsinə kömək üçün Uilminqtona getdim. Əlavə edilmiş materiallar arasında məxfi hesab olunan daha beş səhifəlik sənəd aşkarlanıb”, - Sauber deyib.

Qeyd edək ki, Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan gizli sənədlər tapılıb.

Öz növbəsində Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.

AzVision.az



Teqlər: Bayden   Məxfi-Sənədlər  





Xəbər lenti