Çexiyada prezident seçkilərində ordu generalı irəlidədir

Çexiyada prezident seçkilərində ordu generalı irəlidədir
  14 Yanvar 2023    Oxunub:707
Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda ehtiyatda olan ordu generalı Pyotr Pavel liderlik edir.
AzVision.az xəbər verir ki, bu barədə "idnes" portalı məlumat yayıb.

Pavel seçki məntəqələrinin 98,92%-nin məlumatları hesablanandan sonra birinciliyi ələ alıb.

Çexiya Statistika İdarəsinin məlumatına görə, Pavel 35,20% səs toplayıb. Onun əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 35,18%-nin dəstəyini qazanıb.

AzVision.az



Teqlər: Çexiya   Seçkilər  





Xəbər lenti