Nepalda təyyarə qəzası: Sərnişinlər və ekipaj üzvləri həlak olub

      Nepalda təyyarə qəzası:    Sərnişinlər və ekipaj üzvləri həlak olub
  15 Yanvar 2023    Oxunub:1323
Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Bu barədə News18 telekanalı yerli hökumət nümayəndələrinə istinadən məlumat yayıb.
Yenilənmiş məlumatlara görə, təyyarədə 53 Nepalı, 5 Hindistan vətəndaşı, 4 Rusiya, 1 İrlandiya, 2 Koreya, Argentina və 1 Fransa vətəndaşı olub.

Daha əvvəl şəbəkədə sözügedən təyyarənin iştirakı ilə video yayımlanmışdı. Yerləşdirilmiş kadrlar təyyarənin düşmədən əvvəl necə yan üstə yuvarlanmağa başladığını, bundan sonra videonun müəllifinin baxış sahəsindən itdiyini göstərir.

Yeti Hava Yollarına məxsus təyyarə bazar günü, yanvarın 15-də Nepalın Pokhara Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Hadisənin səbəbləri açıqlanmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti