Kiyev və Odessa işqsız qalıb

   Kiyev və Odessa işqsız qalıb
  15 Yanvar 2023    Oxunub:879
Kiyev, Dnepropetrovsk və Odessa vilayətlərində fövqəladə vəziyyətlə əlaqədar elektrik enerjisi kəsilib. Əvvəllər tərtib edilmiş elektrik enerjisinin kəsilməsi qrafikləri müvəqqəti olaraq etibarlılığını itirib.
Bir gün əvvəl Ukraynada hava hücumu xəbərdarlığı elan edilmişdi. Dnepr, İvano-Frankivsk, Ternopil, Vinnitsa, Nikolayev, Odessa və Xarkov vilayətlərində partlayışlar qeydə alınıb.

Kiyev vilayətinin administrasiyası raketin enerji infrastrukturu obyektinə düşdüyünü qeyd edib. Raket hücumu nəticəsində istilik elektrik stansiyasının zədələndiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti